Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.08.2023 / Bölgə xəbərləri

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Avqustun 16-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Polis Şöbəsi və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın bölgə üzrə şöbənin müdiri İlqar Vəliyev, rayon Polis Şöbəsinin əməkdaşı Anar Gülməmmədov, Zaqatala rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktor müavini  Nigar Şahmərdanova, həkimlər, tibb işçiləri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda əsrlərdən bəri yaşayan və  tarixən mövcud olaraq xalqımızın həyat tərzinə çevrilən zəngin  multikultural və tolerant dəyərlərdən danışılıb. Bildirilib ki, Azərbaycan əhalisinin  çox faizini müsəlmanlar  təşkil etməsinə baxmayaraq dövlətimiz tərəfindən həyata  keçirilən uğurlu və ardıcıl siyasət nəticəsində bu gün respublikamızda bütün dinlərin nümayəndələri sülh, qardaşlıq  və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmindən bəhs edilib. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərləri böyük rol oynayıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanılıb.