Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.08.2025 / Bölgə xəbərləri

Zaqatalada korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rayon Qazılığının birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “Korrupsiya və onun hüquqi nəticələri: qanunvericilikdəki əsas prinsiplər” mövzusuna həsr olunub.

Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Elgüc Məmmədov, QMİ-nin rayon üzrə qazısı Malik Bilalov, eləcə də din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxış edənlər korrupsiyaya qarşı mübarizənin vacibliyindən, bu sahədə mövcud olan qanunvericilik bazasından danışıblar. Qeyd edilib ki, korrupsiyaya qarşı effektiv mübarizə həm də ictimai maarifləndirmə yolu ilə mümkündür.

Tədbir müzakirələrlə davam etdirilib.