Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.10.2023 / Bölgə xəbərləri

Zaqatalada "Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub

Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDİK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman Sektoru  və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Yuxarı Tala kəndi 4 saylı  tam orta məktəbində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, təşkilatçı qurumların məsul əməkdaşları və məktəblilər iştirak ediblər.  

Çıxışlarda vurğulanıb ki, ölkəmizdə dinlər və məzhəblərarası qarşıdurmalar baş verməyib, milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, eləcə də hər kəsin vicdan azadlığına təminat verilir. O da qeyd edilib ki, bir çox xalqların və  müxtəlif dini konfessiyaların nümayəndələri respublikamızda birgə şəraitdə yaşayırlar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.