Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.05.2026 / Bölgə xəbərləri

Zaqatalada dini radikalizm mövzusunda maarifləndirmə tədbiri keçirilib

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə  Abdurahman Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbində “Dinin təhrif olunmasının nəticələri: fanatizm və radikalizm” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Eyni zamanda, radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyi qeyd edilərək, Azərbaycan xalqının zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.