Zaqatalada “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusu müzakirə olunub
Martın 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov, YAP Zaqatala rayon təşkilatının sədr müavini Qudbiddin Qardaşov, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlarda Azərbaycanda mövcud olan tolerant və multikultural şəraitdən danışılıb. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

