Zaqatalada “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusnda tədbir keçirilib
Avqustun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Polis Şöbəsi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Polis Şöbəsinin əməkdaşı Anar Gülməmmədov, Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heydərova, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə yaratdığı mənfi təsir haqqında geniş məlumat verilib. Yad dini-ideoloji qüvvələr tərəfindən cəmiyyət daxilində dini məzhəbçilik toxumularının səpilməsinin qarşısının alınmasında, həmçinin milli birliyimizə və dini təhlükəsizliyimizə qarşı yönələn məqsədli fəaliyyətə qarşı mübarizədə effektiv dini maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyi vurğulanıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanılıb.


