Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.01.2024 / Bölgə xəbərləri

Zaqatalada “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə olunub

Yanvarın 23-də Zaqatala şəhəri Ş.Qurbanov adına 3 №-li  tam orta məktəbində “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, rayon Təhsil, Gənclər və İdman Sektorlarının əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, eləcə də yaratdığı fəsadlar barədə məlumat verilib. Eyni zamanda bu istiqamətdə görülən mübarizə tədbirlərindən bəhs olunub. 

Tədbir müzakirələrlə davam edib.