Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.05.2023 / Bölgə xəbərləri

Zaqatalada “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə edilib

May ayının 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi (Gİİ), eləcə də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Üçüncü Tala kənd tam orta məktəbində “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri  İlqar Vəliyev,  Gİİ-nin nümayəndəsi İlqar Qədimov, Təhsil İdarəsinin əməkdaşı Aydın Camalov, Zaqatala rayonu Üçüncü Tala  kənd tam orta məktəbinin direktoru Alimə Ömərova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, yaratdığı təhlükələr haqqında geniş məlumat verilib. Yad dini-ideoloji qüvvələr tərəfindən cəmiyyət daxilində dini fanatizm, radikalizm zəmnində düşmənçilik toxumunun səpilməsinin qarşısının alınmasında, milli birliyə və dini təhlükəsizliyə yönələn məqsədli fəaliyyətə qarşı mübarizədə effektiv dini maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyi vurğulanıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.