Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.11.2024 / Bölgə xəbərləri

Zaqatalada din xadimləri üçün təlim keçirilib

Noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Zaqatala rayonunda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.

Təlimdə DQİDK-nın məsul əməkdaşları İlqar Vəliyev, Samir Yoldaşov, Aslan Sultanov, Ramil Baxşəliyev, eləcə də Zaqatala, Qax və Balakən rayon icra hakimiyyətlərinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri Ramin Həsənov, Nəzirməhəmməd Nəsirov, Fariz Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazıları, regionun din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolundan bəhs edilib. O da bildirilib ki, dini icmaların vəzifələri və  dini qurumların fəaliyyətində maliyyə şəffaflığının təmin edilməsi məqsədilə regionlarda din xadimlərinin iştirakı ilə mütəmadi belə tədbirlər həyata keçirilir.

Sonda iştirakçıların sualları cavablandırılıb.