Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.05.2024 / Bölgə xəbərləri

Zaqatala və Ucarda maarifləndirmə tədbirləri keçirilib

Respublikamızın regionlarında maarifləndirmə tədbirləri keçirilib.

Mayın 14-də Zaqatala şəhəri İsmət Qayıbov adına Qazangül tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbəsinin müdiri İlqar Vəliyev, müvafiq qurumların nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlar zamanı xurafatın, dini fanatizmin, dini radikalizmin və ekstremizmin məktəblilərin mənəvi dünyagörüşünə mənfi təsir göstərən amillər olduğu bildirilib. Bu amillərin sağlam və təhsilli gəncliyin formalaşması istiqamətində real təhlükə olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Milli-mənəvi və dini dəyərlərimizin məktəblilərin formalaşmasındakı önəmindən danışılıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Oxu” sənədli filmi nümayiş edilib.

***

Mayın 14-də Ucar rayonunda "Milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Həmçinin milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən də bəhs olunub.