Zaqatala və Samuxda "Narkomaniyaya qarşı mübarizə" mövzusu müzakirə olunub
Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Samux rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə Samux rayon Qarabağlar kənd tam orta məktəbində "Narkomaniyaya qarşı mübarizə" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux RPŞ-nin rəis müavini Arzu Məmmədov, məktəbin direktoru Vidadi İsayev, müəllim və şagirdlər iştirak ediblər.
Zaqatala Aşağı Tala kənd Ramiz Şabanov adına 3 saylı tam orta məktəbində keçirilən tədbirdə isə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun məsləhətçisi Aydın Camalov, Rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cərulla Qurbanov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib. Narkomaniyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışılıb. Bu sahədə cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.



