Zaqatala və Saatlıda dini icmaların cari ildə görəcəyi işlər müzakirə olunub
Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Saatlıda, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və QMİ-nin rayon Qazılığının birgə təşkilatçılığı ilə Zaqatala rayonunda dini icmaların 2022-ci il üçün yekun hesabatı və cari ildə görüləcək işlərə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, QMİ-nin qazısı Malik Bilalov, eləcə də Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Dini icmaların ötən ilin yekun hesabatı və 2023-cü ildə görüləcək işləri müzakirə olunub. Din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.



