Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.02.2024 / Bölgə xəbərləri

Zaqatala və Balakəndə maarifləndirmə tədbirləri keçirilib

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Katex kənd 3 saylı tam orta məktəbində “Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev,  “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Rəsul Şamilov, müəllimlər və şagirdlər iştirak ediblər.

***

Daha bir tədbir fevralın 21-də Zaqatala rayonunda “Dini icmaların ətraf mühitin qorunması, ekoloji problemlərin həlli məsələsində aktiv iştirakı” mövzusunda keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ramin Həsənov, QMİ-nin qazısı Malik Bilalov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Hər iki tədbirdə mövzuların əhəmiyyətindən danışılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən İslam dünyasında böyük nüfuz sahibi olduğu diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.