Yevlaxda “Ramazan ayı – dini həmrəylik və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
Aprelin 9-da Yevlaxda “Ramazan ayı-dini həmrəylik və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Valeh Rəşidov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hümbət Əhmədov, din xadimləri və dindarlar iştirak ediblər.
Diqqətə çatdırılıb ki, müstəqillik illərində ölkəmizdə dövlət-din münasibətlərini tənzimləyən qanunlar qəbul olunub, Konstitusiyamızda dini etiqad azadlığı ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. O da vurğulanıb ki, Ramazan ayı milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir.

