Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.10.2025 / Bölgə xəbərləri

Yevlaxda müəllimlərin və məktəblilərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Yevlax şəhəri İmadəddin Nəsimi adına 3 nömrəli tam orta məktəb və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Regional Təhsil İdarəsinin məsləhətçisi Abay Kərimov, məktəbin direktoru Könül Hüseynova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda radikal ideologiyaların cəmiyyətə mənfi təsirlərindən bəhs edilib. Maarifləndirmənin bu təhlükələrin qarşısının alınmasında əsas vasitə olduğu vurğulanıb. Təhsil müəssisələrinin və gənclərin maarifləndirilməsində rolunun önəmi qeyd olunub. Natiqlər radikalizmə qarşı birgə mübarizənin zəruriliyini bildiriblər.