Yevlaxda maarifləndirmə tədbiri keçirilib
Yanvarın 22-də Yevlax şəhəri Qənbər Məhərrəmov adına 4 nömrəli tam orta məktəbdə “Sosial harmoniya: sülh içində birgəyaşayışın gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Valeh Rəşidov, YAP Yevlax rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda birgəyaşayış mədəniyyəti, dini dözümlülük və müxtəlif konfessiyalara mənsub insanların qarşılıqlı hörmət şəraitində yaşamalarının vacibliyindən bəhs edilib. Ölkəmizdə formalaşmış tolerantlıq ənənələrinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinin, sosial harmoniyanın qorunmasında gənc nəslin fəal rolunun əhəmiyyəti qeyd olunub.
