Yevlaxda maarifləndirmə tədbiri keçirilib
Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyi, şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin əməkdaşı Zaur Əliyev, Gənclər və İdman İdarəsinin əməkdaşı Samir Kərimov, eləcədə gənclər iştirak ediblər.
Çıxışlarda xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmindən bəhs olunub. Azərbaycanın müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı qeyd edilib. O da vurğulanıb ki, respublikamızda hər bir vətəndaşın dini etiqad azadlığı təmin olunur.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib.

