Yevlaxda “İslamın sosial balans və harmoniya prinsipinin əhəmiyyəti” mövzusu müzakirə olunub
Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Yevlax şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sistemi və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İslamın sosial balans və harmoniya prinsipinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, təşkilatçı qurumların məsul əməkdaşları, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı İslam dininin cəmiyyət daxilində sosial ədalət, həmrəylik və balans prinsiplərinə verdiyi önəm geniş şəkildə izah olunub. Qeyd edilib ki, İslam dini sosial bərabərliyə, insan hüquqlarının qorunmasına və cəmiyyət üzvləri arasında həmrəyliyin gücləndirilməsinə böyük önəm verir. Bu dəyərlərin bu gün də aktual olduğunu və sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını bildirilib.


