Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.11.2024 / Bölgə xəbərləri

Yevlaxda din xadimləri üçün təlim keçirilib

Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Yevlax şəhərində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.

Təlimdə DQİDK-nın məsul əməkdaşları Natiq Əfəndiyev, Samir Yoldaşov, Aslan Sultanov, Ramil Baxşəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, Yevlax və Mingəçevir şəhərləri, Bərdə və Ağdaş rayonlarının din xadimləri, həmçinin dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı dini qurumların  fəaliyyətində şəffaflıq və hesabatlılığın mühüm şərtlərdən olduğu vurğulanıb. Eyni zamanda natiqlər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolundan da bəhs ediblər.

Təlim iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.