Yevlaxda “Dəmir yumruq: güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü” mövzusunda tədbir keçirilib
Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Dəmir yumruq: güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin aparıcı məsləhətçisi Valeh Rəşidov, şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Vurğulanıb ki, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı.
Tədbir müzakirlərlə davam etdirilib.



