Yevlaxda "Birlikdə yaşamaq mədəniyyəti: tolerant və multikultural dəyərlər" mövzusunda tədbir keçirilib
Fevralın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mərkəzi Aran regional bölməsi, Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəb və Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Birlikdə yaşamaq mədəniyyəti: tolerant və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Hüseyn Həsənov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə formalaşmış tolerantlıq və multikulturalizm ənənələrinin tarixi köklərindən danışılıb. Müxtəlif dinlərin və millətlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşamasının cəmiyyətin inkişafına verdiyi töhfələrdən bəhs olunub. Azərbaycanın dünyada əsrlər boyu fərqli mədəniyyətlərin və dini icmaların dinc yanaşı yaşadığı məkan kimi tanındığı diqqətə çatdırılıb.

