Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.11.2024 / Bölgə xəbərləri

Yevlaxda “Beynəlxalq Tolerantlıq Günü” mövzusunda seminar keçirilib

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Yevlax şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Beynəlxalq Tolerantlıq Günü” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin aparıcı məsləhətçisi Valeh Rəşidov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Hüseyn Hüseynov, YAP Yevlax rayon təşkilatının məsul əməkdaşı Fərid Hacıbəyli, Yevlax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Tofiq Həsənov, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən ilk olaraq Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən natiqlər bildiriblər ki, etnik, din və dil müxtəlifliyini müəyyən coğrafiyada mədəni zənginliyə, cəmiyyətdə inklüzivliyə, ümumi rifaha nail olmaq üçün tolerantlıq anlayışı fərdlər, icmalar və dövlətlər tərəfindən mənimsənilməli, təşviq və təbliğ edilməlidir. 1995-ci il noyabrın 16-da UNESCO tərəfindən dünyada “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd olunması ilə bağlı Bəyannamə qəbul edildi. Həmin tarixdən etibarən hər il noyabrın 16-da bütün dünya ölkələri irqçiliyə, ksenofobiyaya, zorakılığa, ekstremizmə və dözümsüzlüyə “YOX” deyir.

Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-dini sabitlik, etnik və dini dözümlülüyün, tolerantlığın və multikulturalizmin dövlət səviyyəsində qorunub saxlanılması Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra möhkəmlənmiş, tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən və hədəflərindən birinə çevrilib. Azərbaycanda və ümumilikdə, regionda ilk dəfə 1999-cu ildən etibarən 16 noyabrın “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd edilməsi məhz Ümummilli liderin təşəbbüsü ilə olub. Ümumilli lider Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir.

Tədbirdə “Azərbaycan Tolerantlıq modeli” adlı sənədli film nümayiş olunub.