Yevlax rayonunda "Dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib
Avqusutun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yevlax şəhəri üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "Dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Mədətov, Gənclər və İdman sektoru, Mədəniyyət işçilərinin Həmkarlar Komitəsi, Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları, din xadimləri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda dini mərasim, ayin və tədbirlərin təşkili və keçirilməsi mövzusu da müzakirə edilib. Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışılıb. İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət və ənənlərimizdə, həyat tərzimizdə dərin izlər buraxdığı bildirilib.