Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.11.2025 / Bölgə xəbərləri

Yardımlıda “Radikal dini cərəyanların gənclərə təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib

Noyabrın 26-da Yardımlı rayonunun Nizami Cəbiyev adına Çayüzü kənd tam orta məktəbində “Radikal dini cərəyanların gənclərə təsiri” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, eləcə də Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Dövlət Komitəsinin Masallı regional bölməsinin əməkdaşı Pərvin İmanov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Səfail İbişli, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı radikal dini cərəyanların gənclər arasında yayılma üsulları, zərərli təsirləri və onlara qarşı düzgün maarifləndirmə mexanizmləri barədə məlumat verilib. Bildirilib ki, sağlam dini biliklərin təbliği, milli-mənəvi dəyərlərin təşviqi və gənclərin sosial fəallığının artırılması radikal təsirlərin qarşısının alınmasında mühüm rol oynayır. 

Sonda iştirakçıların sualları cavablandırılıb.