Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.07.2026 / Bölgə xəbərləri

Yardımlıda “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib

İyulun 23-də Yardımlı Rayon Mərkəzi Kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsi, Yardımlı Rayon İcra Hakimiyyəti (RİH) və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdir müavini Pərvin İmanov, Yardımlı RİH başçısı Aparatının əməkdaşı Şakir Kərimov, Yardımlı rayonu üzrə gənclər və idman sektorunun müdiri Şəhriyar Şabiyev, eləcə də din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışçılar fərqli dinlərə və mədəniyyətlərə hörmətin, tarixi abidələrin qorunaraq gələcək nəsillərə ötürülməsinin ölkəmizin ən böyük mənəvi sərvətlərindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan modeli müxtəlifliyin cəmiyyəti zəiflətmədiyini, əksinə, onu daha da gücləndirdiyini nümayiş etdirir. Bu baxımdan multikulturalizmin və dini memarlıq nümunələrinin həm tarixi miras, həm də gələcək inkişafa xidmət edən mühüm dəyər kimi qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.