Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.07.2025 / Bölgə xəbərləri

Yardımlıda “Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə sektoru və Yardımlı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşı Pərvin İmanov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə sektorunun müdiri Şəhriyar Şabiyev, din xadimləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda ermənilərin yalnız Azərbaycan xalqına deyil, onun zəngin mədəniyyətinə, incəsənətinə və milli-mənəvi dəyərlərinə qarşı da amansız münasibət sərgilədiyi vurğulanıb. Bildirilib ki, ermənilər tarixi həqiqətləri saxtalaşdırmaqla əzəli Azərbaycan torpaqlarını öz adlarına çıxarmağa cəhd göstərmiş, bu ərazilərdəki maddi-mədəni irsimizə qarşı genişmiqyaslı vandalizm aktları həyata keçirmişlər. Tədbirdə həmçinin Qərbi Azərbaycanda erməni vandalizminə məruz qalmış mədəniyyət abidələrinin tarixi və hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.