Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.11.2022 / Bölgə xəbərləri

Yardımlıda “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzusu müzakirə edilib

Noyabrın 22-də şəhid Arzu Fətullayev adına Yardımlı rayon Anzov tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, məktəbin müəllim və şagirdləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dövlətimizin bu sahəyə xüsusi diqqət və qayğısından bəhs olunub. Gənclər arasında dini radikalizm və ekstremizm kimi mənfi hallara qarşı maariflənmənin önəmindən danışılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.