Yardımlıda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə olunub
Aprelin 28-də Yardımlı rayonu A.Nəcəfov adına Arus kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı rayon Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yaradımlı rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabıyev, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, eləcə də yaratdığı fəsadlar barədə məlumat verilib, bu istiqamətdə görülən mübarizə tədbirlərindən bəhs olunub.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.