Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.02.2023 / Bölgə xəbərləri

Yardımlı və Göygöldə “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbirlər keçirilib

YardımlıGöygöl rayonlarında “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu”  mövzusunda tədbirlər keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı rayon Gənclər və İdman İdarəsi, Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə Bozayran kənd tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev və RPŞ-nin əməkdaşı Tural Quliyev, müəllim və şagirdlər iştirak ediblər.

Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səməd Vurğun adına 3 saylı tam orta məktəbində keçirilən tədbirə isə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov,  müəllim və şagirdlər qatılıblar.

Çıxışlar zamanı dini radikalizm və xurafatla mübarizədə təhsilin önəmindən danışılıb, yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan, eləcə də zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.