Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.09.2023 / Bölgə xəbərləri

Yardımlı rayonunda “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Yardımlı rayonu üzrə gənclər və idman sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon Mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Yardımlı rayonu üzrə sektor müdiri Şəhriyar Şabıyev, Yardımlı RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov, gənclər və ziyalılar iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb, dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmindən bəhs olunub. Ölkəmizdə mövcud olan tolerantlıq mühiti barədə geniş məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.