Xudatdakı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 30-da Xaçmaz rayonunun Xudat şəhərində yerləşən "N" saylı hərbi hissədə “Vətənpərvərlik ruhunun yüksəldilməsində milli-mənəvi dəyərlərimizin əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Qobuqıraq kənd məscidinin imamı Vəli Məmmədəliyev və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun yüksək səviyyədə aşılanması idi.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

