Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.08.2023 / Bölgə xəbərləri

Xocavənd qəsəbəsində maarifləndirmə tədbiri keçirilib

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu”  mövzusunda tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın İmişli bölgəsi ürzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Xocavənd RİH başçısının müavini Əfsanə Quliyeva, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov, ictimaiyyət nümayəndələri və gənclər  iştirak ediblər.

Natiqlər milli kimliyimizin qorunmasında mənəvi dəyərlərin mühüm rol oynadığını diqqətə çatdırıblar. O da vurğulanıb  ki, tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əks etdirən adət və ənənələr həm də mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri kimi çıxış edib.