Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.02.2024 / Bölgə xəbərləri

Xocalı soyqırımının qurbanları bölgələrdə yad edilib

Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə respublikamızın regionlarında anım tədbirləri keçirilib.

Fevralın 25-i və 26-sı Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Oğuz, AbşeronQuba, Göyçay, Zərdab, Şamaxı, İsmayıllıAğsu, Tovuz rayonlarında baş tutan anım tədbirlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələrinin müdirləri, əməkdaşları, din xadimləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların, şəhər və rayonların ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Xocalıda dinc əhaliyə qarşı törədilən tarixin ən qanlı qətliamı barədə danışılıb, bu vəhşiliyin əsrlər keçsə də unudulmayacağı vurğulanıb.