Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.07.2026 / Bölgə xəbərləri

Xırdalanda “Birgə yaşayış mədəniyyəti: tolerant və multikultural dəyərlər” mövzusunda tədbir olub

İyulun 23-də Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin idman kompleksində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Abşeron-Xızı regional bölməsinin və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Birgə yaşayış mədəniyyəti: tolerant və multikultural dəyərlər” mövzusunda gənclərlə maarifləndirici tədbir keçirilib.

Görüşdə DQİDK-nın Abşeron-Xızı regional bölməsinin məsləhətçisi Azər Tağıyev, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Xannənə Ağayeva və fəal gənclər iştirak ediblər.

Çıxışlar zamanı müxtəlif mədəniyyətlərin, dillərin və dini inancların daşıyıcıları arasında dialoqun inkişaf etdirilməsinin, gənc nəslin tolerantlıq ruhunda tərbiyə olunmasının və cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

İştirakçılar tolerantlıq və multikultural dəyərlərin qorunmasının sülhün, sabitliyin və ictimai birliyin möhkəmləndirilməsindəki mühüm rolunu qeyd edərək, bu istiqamətdə maarifləndirmə tədbirlərinin davamlı şəkildə təşkil edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.