Xətai rayonunda “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusu müzakirə olunub
Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xətai rayonu, Əhmədli qəsəbə məscidində “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Pənah İmanov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Elşən Quluzadə, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli, qəsəbə məscidi dini icmasının sədri və imamı Murad Cəfərov, eləcə də din xadimləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, yeniyetmə və gəncləri radikalizm və ekstremizm meyillərinin təsirlərindən qorumaq üçün maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması zəruridir. Vurğulanıb ki, bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür.
Tədbir müzakirələrlə davam etdirilib.
