Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.01.2025 / Bölgə xəbərləri

Xətai rayonunda "Güclü Lider, Rəşadətli Ordu və Xalq birliyinin təcəssümü" mövzusunda tədbir keçirilib

Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə General Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbdə “Güclü Lider, Rəşadətli Ordu və Xalq birliyinin təcəssümü” mövzusunda tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Pənah İmanov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Şirvan Süleymanov, Rayon Gənclər və İdman sektorunun müdiri Tural Əhmədli, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını təmin edən tarixi Şanlı Zəfərin xalqımızın milli birliyini və möhkəm iradəsini bütün dünyaya nümayiş etdirdiyini bildiriblər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürən rəşadətli Ordumuz tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa edib.