Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.10.2024 / Bölgə xəbərləri

Xaçmazda “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib

Sentyabrın 30-da Xaçmaz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin baş məsləhətçisi Fərid Məmmədov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Nizami Mustafayev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlarda dini radikalizmin mahiyyəti, dini ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə məlumat verilib. Qeyd olunub ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməsi olduqca vacibdir. 

Tədbir müzakirələrlə davam edib.