Xaçmazda “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar keçirilib
Fevralın 2-də Xaçmaz rayonu İstisu qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, Xaçmaz RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, DTX Xaçmaz rayon şöbəsinin əməkdaşı, din xadimləri, ziyalılar, məktəblilər iştirak edib
Çıxışlar zamanı gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərimizə hörmət ruhunda təlim-tərbiyəsinin əhəmiyyətindən danışılaraq qeyd edilib ki, milli atributlarımız, bayrağımız, Azərbaycanın görkəmli ictimai xadimləri, bəstəkarlarımız, şair və yazıçılarımız, muğamlarımız, tarixi abidələrimiz, ölkəmizdə mövcud olan tolerant və birgəyaşayış mühit, xalqımızın dostluq və qardaşlıq münasibəti və s. bizim milli-mənəvi dəyərlərimizdir. Seminarda məlumat verilib ki, gənc nəsil milli-mənəvi dəyərlərimizi bilməli, qorumalı və təbliğ etməlidir.