Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.02.2025 / Bölgə xəbərləri

Xaçmazda “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusu müzakirə olunub

Fevralın 14-də Xaçmaz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi, Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin baş məsləhətçisi Fərid Məmmədov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Elman Məmmədov, eləcə də gənclər iştirak ediblər.
Çıxış edənlər Azərbaycanın dünyəvi dövlət olması, dövlətin dinə qayğısı, tolerantlıq siyasəti, dini radikalizmə qarşı mübarizədə müasir gənclərin rolu barədə danışıblar. Bu sahədə gənclərin maarifləndirilməsinin milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib. Natiqlər gənclərin yad dini ideologiyaların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini xüsusilə vurğulayıblar.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.