"Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu" mövzusu müzakirə olunub
Oktyabrın 22-də İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolundan bəhs olunub. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
