Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.11.2026 / Bölgə xəbərləri

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Cəlilabadda tədbir keçirilib

Noyabrın 19-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində Cəlilabad Tibb Kollecində “20 Noyabr – Uşaq Hüquqları Günü” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin baş məsləhətçisi Cavidan Rəşidov, rayon Gənclər və İdman sektorunun əməkdaşları Salamat Nəcəfov, Xalid Hüseynov, eləcə də kollecin pedaqoji kollektivi və tələbələri iştirak ediblər.

Çıxışlar zamanı natiqlər uşaqların, yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərimizə sadiqlik, vətənpərvərlik və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə olunmasının vacibliyinə toxunublar. Həmçinin gənc nəslin hüquqi maarifləndirilməsinin, onların zərərli vərdişlərdən və yad ideoloji təsirlərdən qorunmasının, eləcə də bu istiqamətdə təhsil müəssisələrində keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.