Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar regionlarda tədbirlər keçirilir
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələri və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə bölgələrdə silsilə tədbirlər keçirilir.
Mayın 4-də Lənkəran şəhərində “Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktor vəzifəsini icra edən Cəmil Quliyev, Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin əməkdaşı Emin Həmidli, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov, Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsinin müdiri Nicat Hüseynov, ziyalılar və gənclər iştirak ediblər.
Mayın 6-da Quba rayonunun Zərdabi qəsəbəsində “Heydər Əliyev irsində vətən, din və milli kimlik” mövzusunda keçirilən tədbirdə Ombudsmanın Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Mayın 7-də Saatlı rayon O.Mirzəyev adına Şirinbəyli kənd tam orta məktəbində “Heydər Əliyevin dövlət-din siyasəti: tolerantlıq və milli həmrəylik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Daha bir tədbir mayın 7-də Yevlax şəhəri Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbində “Heydər Əliyevin dövlət-din siyasəti: tolerantlıq və milli həmrəylik” mövzusunda baş tutub. Tədbirə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Valeh Rəşidov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər qatılıblar.
Mayın 7-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin dövlət-din siyasəti: tolerantlıq və milli həmrəylik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, din xadimləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mayın 7-də Zərdab rayonunda da “Heydər Əliyev irsində vətən, din və milli kimlik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, ictimaiyyət nümayəndələri, gənclər və şagirdlər iştirak ediblər.
Mayın 7-də Tovuz rayonunda "Heydər Əliyevin dövlət-din siyasəti: tolerantlıq və milli həmrəylik" mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Mayın 7-də Yardımlı və Cəlilabad rayonlarında “Əbədiyaşar Lider” mövzusunda baş tutan tədbirlərdə isə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin məsul əməkdaşları Pərvin İmanov, əməkdaşları Cavidan Rəşidov, Həsən Hümbətov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Mayın 7-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Heydər Əliyev irsində vətən, din və milli kimlik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Pərvin İsmayılov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı Heydər Əliyevin mürəkkəb tarixi-siyasi şəraitdə xalqını uğurla istiqamətləndirən qüdrətli şəxsiyyət olduğu vurğulanıb. Onun milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideyasının və milli məfkurənin formalaşmasında mühüm rol oynadığı qeyd edilib. Bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda xüsusi vurğulanıb ki, müstəqil Azərbaycan Ümummilli Liderin indiki və gələcək nəsillərə mirasıdır, onun zəngin və çoxşaxəli irsi isə xalqın ən böyük milli sərvətlərindən biridir. Qeyd olunub ki, bu dəyərli irsi qorumaq və yaşatmaq hər bir azərbaycanlının məsuliyyətli və şərəfli borcudur.


















