Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.03.2023 / Bölgə xəbərləri

Ucarda "Yeniyetmə və gəncləri radikalizm və ekstremizmdən qoruyaq" mövzusu müzakirə edilib

Martın 3-də Ucar rayonu Boyat kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin birgə təşkliatçılığı ilə "Yeniyetmə və gəncləri radikalizm və ekstremizmdən qoruyaq" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RPŞ-nin rəis müavini Qoşqar Kazımov, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığı qeyd edilərək radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar, o cümlədən gələcək təhlükəsi haqqında ətraflı məlumat diqqətə çatdırılıb.