Ucarda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə olunub
Sentyabrın 25-də Ucar Gənclər Evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorluğunun birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, müvafiq qurumların əməkdaşları, müəllim və gənclər iştirak ediblər.
Çıxışlar zamanı düşmən üzərində qazanılan qələbədə xalqımızın zəngin milli-mənəvi dəyərlərinin mühüm rolu diqqətə çatdırılaraq yeniyetmə və gənclər arasında dəyərlərimizin təbliğinin vacibliyi vurğulanıb. Ölkəmizdə tarixən mövcud olan milli və dini həmrəyliyin, tolerant və multikultural ənənələrin xalqımızın həyat tərzini təşkil etdiyinə diqqət çəkilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.