Ucarda və Samuxda maarifləndirmə tədbirləri keçirilib
Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.
21.11.2023, Ucar rayonu: Ucarda yerləşən Ağdam rayon 27 saylı köçkün tam orta məktəbində “Məişət zorakılığının qarşısının alınması” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Polis Şöbəsinin əməkdaşı Xəqani Vahidov, müəllimlər və şagirdlər iştirak ediblər.
21.11.2023, Samux rayonu: Daha bir tədbir Qarabağlılar kənd tam orta məktəbində baş tutub. “Gənclərin dini radikalizm və zərərli vərdişlərdən qorunması” mövzusunda keçirilən tədbirə bölgə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Arzu Məmmədov, müəllimlər və məktəblilər qatılıblar.
Çıxışlarda maarifləndirmə tədbirlərinin vacibliyindən danışılıb. Bu istiqamətdə DQİDK-nın gördüyü işlərin əhəmiyyəti vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb.

