Ucarda və Balakəndə mənəvi dəyərlərin rolundan bəhs olunan tədbirlər keçirilib
Avqustun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Səfəfbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi, həmçinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı Ucarda "Gənclərin vətənpərvərlik tərbiyəsində mənəvi dəyərlərin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, aidiyyatı qurumların nümayəndələri və gənclər iştirak ediblər.
Daha bir tədbir Balakən rayonunda baş tutub. Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda keçirilən tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaqverdiyev, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Turan Musayev, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.
Çıxışlarda dövlətimizin milli və mənəvi dəyərlərimizə olan qayğısından, onların bir irs kimi qorunub saxlanılmasından bəhs olunub. Gənclərin vətənpərvərlik tərbiyəsində, eləcə də xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolundan danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


