Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.08.2025 / Bölgə xəbərləri

Ucarda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, regional bölmənin əməkdaşları, din xadimləri, dini icma sədrləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər sülhün və qarşılıqlı anlaşmanın cəmiyyətin inkişafında və sabitliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, dinlər tarixən insanları birliyə, həmrəyliyə və dinc yanaşı yaşamağa çağırmış, zorakılıq və nifrətin qarşısında dayanan mənəvi dəyərləri təşviq edib. Bu cür tədbirlərin keçirilməsi həm dini maarifləndirmə baxımından, həm də müxtəlif dini konfessiyalar arasında dialoqun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edilib ki, Azərbaycan cəmiyyətində tarixən mövcud olmuş dinlərarası və məzhəblərarası harmoniya bu gün də qorunub saxlanılır və dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi dəstəklənir.