Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.08.2023 / Bölgə xəbərləri

Ucarda "Sülh aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib

Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorluğunun birgə təşkilatçılığı ilə "Sülh aylığı" çərçivəsində "Sülh və birgəyaşayışın əsas şərtləri" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və rayonda fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, müasir dövrdə dünyanın bir çox yerlərində baş verən müharibələr, qarşıdurmalar və onların səbəb olduğu insan tələfatı dinindən, milliyyətindən asılı olmayaraq hər kəsi narahat etməlidir. Eyni zamanda, dünyada sülhün və əmin-amanlığın qorunması üçün Azərbaycan xalqının sahib olduğu multikulturalizm və tolerantlıq ənənələrinin öyrənilməsi və təbliğ edilməsinin əhəmiyyətindən söhbət açılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.