Ucarda Ramazan bayramı ilə əlaqədar tədbirlər keçirilib
Aprelin 8-də Ucar rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Rauf Nəsirov, din xadimləri, dini icma sədrləri, kitabxana işçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ramazan bayramı münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə Ramazan bayramı haqqında ətraflı məlumat verilib. Eyni zamanda dövlətin milli-mənəvi, o cümlədən dini dəyərlərimizə diqqət və qayğısından bəhs olunub.

