Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.02.2025 / Bölgə xəbərləri

Ucarda milli-mənəvi dəyərlər mövzusu müzakirə olunub

Fevralın 11-də Ucar rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsinin təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev və bölmənin aparıcı məsləhətçisi Rauf Nəsirov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı qeyd edilib. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.